...

AP-nin korrupsioner və oyunbaz siyasətçiləri yenə Azərbaycana qarşı (TƏHLİL)

Siyasət Materials 7 Oktyabr 2023 18:18 (UTC +04:00)
AP-nin korrupsioner və oyunbaz siyasətçiləri yenə Azərbaycana qarşı (TƏHLİL)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə Azərbaycan ictimaiyyəti növbəti dəfə Avropa Parlamentinin (AP) siyasi riyakarlığının şahidi oldu. Onlar yenə Azərbaycana qarşı sanksiyanı dəstəkləyən tövsiyə xarakterli qətnamə qəbul etdi. Qətnamədə Qarabağda Azərbaycanın öz ərazisində terrorçuları zərərsizləşdirib, suverenliyini təmin etdiyinə görə sanskiya tətbiq edilməsi təklif olunur.

Bununla AP növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrildiyini sərgiləmiş oldu. Bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları korrupsiyaya qurşanmış, ermənipərəst Avropa parlamentariləridir. Erməni lobbisi tərəfindən çirkli pullar hesabına maliyyələşən Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar.

Məsələni Trend-ə şərh edən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ikili standartların növbəti təzahürüdür.

“Azərbaycanın qələbəsi ilə barışmayan qüvvələr artıq ortadadır. Avropa Parlamenti Azərbaycanın qələbəsini, torpaqlarının işğaldan azad etməsini, ərazi bütövlüyünü tam təmin etməsini həzm edə bilmir.

Belə olduğu təqdirdə, təbii ki, qərəzli qətnamələr çıxır ortaya. Avropa Parlamentində erməni diasporu aktiv fəaliyyət göstərir. Avropa Parlamentində bir sıra deputatlar, xüsusilə Fransadan olan deputatlar erməni lobbisinin təsiri altındadır. Belə olan halda isə, onlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Ancaq bu qətnamələr kağız parçasından başqa bir şey deyil”, - deyə deputat əlavə edib.

AP-nin qərəzli qətnaməsi Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında da qınanıldı.

İclas zamanı deputat Aydın Mirzəzadə bildirib ki, bu qətnaməni rədd edirlər.

“Bu cür qətnamələr Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz. Avropa Parlamenti nə qədər bu cür qətnamələr qəbul etsə də, Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır.

“Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var”, - deyə deputat bildirib.

A.Mirzəzadə vurğulayıb ki, Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşlarımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu.

“Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir. Bu qurum sırf qaragüruhların tribunası kimi görünür. Belə siyasətlə Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməz. Onlar qətnamə qəbul etməyə davam etsinlər, biz də ərazilərimizi bərpa etdik”, - deputat əlavə edib.

Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov isə qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bərk qeyzlənən Avropa Parlamenti sentyabrda keçirilən lokal xarakterli antiterror tədrbilərindən sonra da bərk sancılanıb.

“Bu sancılanmanın nəticəsi olaraq Avropa Parlamenti Avropa İttifaqına Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı müraciət ünvanlayıb. Əslində, AP-nin bu cür həyacanlanması və panikatak keçirməsi başadüşüləndir. Axı, bir-bir ələ keçirilən separatçıların öndə gələnləri, istintaqa maraqlı ifadələr verməyə başlayıblar. Görünür AP-dəkiləri sancılandıran bu məqamdır. Yəni, yəqin ki, onlar həbs edilən separatçıların hər şeyi etiraf edəcəyindən qorxurlar.

Böyük ehtimalla bu etiraflar içərisində AP üzvlərinin separatçılara hansısa maddi maraq qarşılığında verdikləri gizli dəstəklə bağlı məlumatlar da ola bilər. Çünki AP-nin bəzi üzvlərinin, hətta vitse-prezidentlərindən birinin rüşvət və korrupsiya qalmaqalı ilə bağlı faktların ortaya çıxmasından heç də çox zaman keçməyib”, - deyə deputat bildirib.

O əlavə edib ki, Qərbin ermənipərəst dairərlərinin Azərbaycana qarşı heç bir əsası olmayan bu cür çağırışları da bundan əvvəlkilər kimi kağız parçası olaraq qalacaq və Azərbaycana planlaşdırılan təzyiqlər yenidən fiasko ilə nəticələnəcək.

Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı yönəlmiş digər irrasional və əsassız ittihamların yer aldığı analoji sənədlər kimi, Bakı üçün adi kağız parçasıdır. Azərbaycan xalqının maraqları, dövlətin mənafeyi ölkə hakimiyyəti üçün ən önəmli məsələ, Avropa Parlamentinin qətnamələri isə adi bəyannamələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti