...

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək

Siyasət Materials 9 Oktyabr 2023 15:19 (UTC +04:00)
Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

Onun sözlərinə görə, iclasın gündəliyində duran əsas məsələ İƏT dövlət başçılarının 2023-cü ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilməsi planlaşdırılan 16-cı Zirvə Görüşünə hazırlıq olacaq.

"İclasda tərəflər İƏT üzv dövlətləri arasında ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf yollarını, eləcə də, regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə edəcəklər", - deyə o əlavə edib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbayan 1992-ci ildən İƏT-in üzvüdür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti