...

Fransa irqçilik və islamofobiya siyasəti aparır - Məhəmməd Rabbani

Siyasət Materials 20 Oktyabr 2023 11:49 (UTC +04:00)
Fransa irqçilik və islamofobiya siyasəti aparır - Məhəmməd Rabbani
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Fransa irqçilik və islamofobiya siyasəti aparır.

Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani deyib.

O, Fransada müsəlmanları ittiham etmək praktikasının sol və sağ siyasi hərəkatları birləşdirdiyini qeyd edib.

"Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır. Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti