...

Paşinyan Rusiya hərbi bazasının Gümrüdən çıxarılması prosesinə başlayır

Siyasət Materials 25 Oktyabr 2023 23:47 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində Ermənistanın “Rusiya hərbçilərinin öz ərazisində qalması ilə bağlı heç bir üstünlük görmədiyini” deyib.

Trend-in məlumatına görə, o, açıq şəkildə bildirib ki, Rusiya Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı “öhdəliklərini yerinə yetirməyib” və buna görə də İrəvan yeni tərəfdaşlar axtarır.

Paşinyan bu bəyanatları ilə faktiki olaraq Rusiya hərbi bazasının öz ərazisindən çıxarılması prosesini başlatdı.

Burdan belə nəticə çıxır ki, Paşinyan Rusiya hərbi bazasının çıxarılması ilə bağlı təkliflər irəli sürməyə və KTMT-dən çıxmağı müzakirə etməyə başlaya bilər.

Moskva Paşinyanın bu hərəkətlərini cavabsız qoymayacaq.

Xəbər lenti

Xəbər lenti