Bakı. Trend:
12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola
düşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində
nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası
Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli
əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər
naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası
Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və
digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə
tutulub.