...

Quldarlığa son qoyulduqdan sonra qadınlar yoxsulluğa düçar oldu - Fransız Qvianası nümayəndəsi

Siyasət Materials 21 Noyabr 2023 11:08 (UTC +04:00)
Quldarlığa son qoyulduqdan sonra qadınlar yoxsulluğa düçar oldu - Fransız Qvianası nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Quldarlığa son qoyulduqdan sonra qadınlar yoxsulluğa düçar oldu.

Trend xəbər verir ki, bunu Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Sindi Adela Pollux "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Qadınların gəlirləri onlara yetmir. Dövlətin verdiyi dəstək qadınlara ayaqda qalmağa imkan vermir. Onların vəziyyəti heç də yaxşı deyil. Qadınların səlahiyyətləndirilməməsi inkişafın qarşısında duranda əngəllərdən biridir.

Qadınlar dekolonizasiyada mühüm rol oynaya bilər. Bu səbəbdən onların səlahiyyətləndirilməsi vacibdir. Bizim fikrimizcə, ölkənin inkişafı ləngiyirsə, bunun səbəbi Fransa müstəmləkəsidir. Azərbaycana təşəkkür edirik ki, Qoşulmama Hərəkatına çox gözəl sədrlik edir. Biz başqa ölkələrdən də kömək istəyirik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti