Bakı. Trend:
Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda 20 dövlətin parlament nümayəndə heyəti təmsil olunub.
Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.
Qeyd edək ki, bu ilin sentyabrında Azərbaycan 2024-2026-cı illərdə Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürmüşdü.