...

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Noyabr 2023 14:44 (UTC +04:00)
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib (VİDEO) (ƏLAVƏ OLUNUB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisindən bildirilib.

Məlumata görə, iclas Ermənistan-Azərbaycan sərhədində keçirilib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edib.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirilib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti