...

Xəzər dənizinin mühafizəsi üzrə xüsusi ekspert qrupunun ilk iclası Bakıda keçiriləcək - Nazir açıqladı

Siyasət Materials 5 Dekabr 2023 13:55 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il dekabrın 18-19-da Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Katibliyinin fəaliyyətinin təşkili üzrə sənədlərin layihələrinin hazırlanması üzrə xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu, konstruktiv dialoqa və mövqelərin yaxınlaşmasına imkan yaradacaq.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

“Əminəm ki, ekspert qrupunun uğurlu fəaliyyəti bizə katibliyin Bakı şəhərində yerləşdirilməsi prosesinə başlamağa imkan verəcək”, - deyə o qeyd edb.

XİN başçısı əlavə edib ki, Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının tərəflərinin 2022-ci ilin oktyabrında Bakıda keçirilən altıncı konfransı zamanı çərçivə konvensiyasının həyata keçirilməsindən irəli gələn bütün məsələlər müzakirə olunub, lazımi qərarlar qəbul edilib.

Qeyd edək ki, iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti