Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin məzarını ziyarət edib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.