Bakı. Trend:
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.
Trend xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, görüş çərçivəsində Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən humanitar minatəmizləmə işləri barədə məlumat verilib.
Tərəflər, həmçinin Azərbaycanla Ukrayna arasında mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd əməkdaşlığı və fövqəladə hallar üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə ediblər.