...

Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi - Ərdoğan

Siyasət Materials 24 Fevral 2024 17:46 (UTC +04:00)
Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi - Ərdoğan
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ uzun illər işğal altında qaldı. Xocalı başda olmaqla, bu bölgələrdə çoxlu qırğınlar törədildi. Lakin dünya buna qarşı bir tədbir görmədi.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən tədbirdə deyib.

O, region ölkələrinin gücünün birlikdən qaynaqlandığını qeyd edib.

"Türkiyə və türk milləti olaraq bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, görəcəyimiz işlər bəllidir. Bizim quruda, dənizdə və havada güclü müdafiə sənayemiz və güclü ordumuz olmalıdır. Digər ölkələr üçün bunlar seçim ola bilər, amma bizim üçün bu, bir öhdəlikdir", - Ərdoğan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti