...

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyini təsdiqlədi (YENİLƏNİB)

Siyasət Materials 26 Fevral 2024 19:38 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyini təsdiqlədi (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün 28-29 fevral tarixlərində Berlində keçirilməsi planlaşdırılır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

xxx

16:47

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq.

Trend xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan deyib.

"Media sorğularına cavab olaraq bildiririk ki, Münhendə üçtərəfli görüş zamanı əldə olunan razılığa əsasən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü 28-29 fevral tarixlərində Berlində baş tutacaq", - o qeyd edib.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır

"Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziir Nikol Paşinyan arasında baş tutan görüşdən sonra artıq yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - deyə əlavə edib.

Xatırladaq ki, ötən il 24 oktyabr tarixində Tehranda “3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti