Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir - Məzahir Pənahov

Siyasət Materials 7 Mart 2024 16:22 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir - Məzahir Pənahov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Trend-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, prezident seçkilərini müşahidə edən müxtəlif qurumlarından Mərkəzi Seçki Komissiyasına məktublar daxil olur.

“Həmin qurumlar seçkilərin yüksək səviyyədə keçdiyini bildirirlər”, - deyə o qeyd edib.

O əlavə edib ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün nə addımlar atmaq mümkün olubsa atılıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri baş tutub. İlham Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.

Xəbər lenti

Xəbər lenti