...

Avropa Parlamenti erməni diasporunun təsiri altında hərəkət edir - Volkan Bozkır

Siyasət Materials 14 Mart 2024 17:02 (UTC +04:00)
Avropa Parlamenti erməni diasporunun təsiri altında hərəkət edir - Volkan Bozkır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti erməni diasporunun təsiri altında hərəkət edir.

Bu barədə Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın Qarabağ zəfərini qəbul edə bilmir.

“Bunların heç birinin önəmi yoxdur. Önəmli olan 30 il ərzində Ermənistan işğalında olan Azərbaycan torpaqlarının azad edilməsidir. Bu il 7 fevral tarixində həmin ərazilərdə növbədənkənar prezident seçkiləri keçirildi. Bu çox mühüm bir hadisə idi.

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi tamamilə özünə zərər verər. Azərbaycan kimi güvənilir və etibarlı tərəfdaşı itirən tərəf onlardır”, - deyə o bildirib.

Qeyd edək ki, martın 13-də Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti