...

Prezident İlham Əliyevin seçkidə yenidən qalib gəlməsi xalqın ona etimadının göstəricisidir - Rumıniyanın sabiq baş nazirinin müavini

Siyasət Materials 16 Mart 2024 13:23 (UTC +04:00)
Prezident İlham Əliyevin seçkidə yenidən qalib gəlməsi xalqın ona etimadının göstəricisidir - Rumıniyanın sabiq baş nazirinin müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin seçkidə yenidən qalib gəlməsi xalqın ona etimadının göstəricisidir.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın sabiq baş nazirinin müavini Ana Birçall XI Qlobal Bakı Forumunda “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”adlı panel iclasında çıxışı zamanı deyib.

“Bu qalibiyyət bir daha göstərir ki, xalq Prezident İlham Əliyevin dövlət siyasətini dəstəkləyir.

Bizə qarşı enerji faktorunu silah kimi istifadə edənlərə artıq cavabımız var, biz bunun qarşısını almışıq. Bu da bizim region ölkələrinin Azərbaycanla olan enerji əməkdaşlığından qaynaqlanır",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti