...

Alyansın Azərbaycanla uzunmüddətli əlaqələri var, müxtəlif istiqamətlərdə əməkdaşlıq edir - NATO Baş katibi

Siyasət Materials 17 Mart 2024 21:26 (UTC +04:00)
Alyansın Azərbaycanla uzunmüddətli əlaqələri var, müxtəlif istiqamətlərdə əməkdaşlıq edir - NATO Baş katibi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Alyansın Azərbaycanla uzunmüddətli əlaqələri var, müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır, biz uzun illərdir birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan ordusu Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox vacib bir vəzifə idi”.

Y.Stoltenberqin sözlərinə görə, bu, onun baş katib kimi Bakıya ilk səfəridir. Əvvəllər isə Norveçin energetika naziri vəzifəsində çalışarkən bir neçə dəfə Azərbaycanda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti