...

ABŞ İranın Dəməşqdəki konsulluğunda baş verən insidentlə bağlı məlumat toplayır - Dövlət Departamenti

Siyasət Materials 1 Aprel 2024 22:54 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın Dəməşqdəki konsulluğunda baş verən insidentlə bağlı məlumat toplayır.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz regiondakı tərəfdaşlarla danışıqlar aparırıq, əlavə məlumat toplayırıq, lakin hazırda nə hədəf, nə də cavabdeh tərəf barədə heç bir təsdiqimiz yoxdur. Mənim daha deməyə sözüm yoxdur", - deyə o bildirib.

Miller hadisənin girovlarla bağlı danışıqlara təsir edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.

“Dəqiq nə baş verdiyi barədə məlumat toplayana qədər bu barədə konkret danışmaq istəmirəm, lakin təbii ki, biz regionda münaqişənin eskalasiyasına və ya artmasına səbəb ola biləcək hər şeydən həmişə narahatıq. Oktyabrın 7-dən bəri ABŞ administrasiyasının məqsədləri İsrailin onu məhv etməyə söz vermiş düşmənlərə qarşı özünü müdafiə etmək hüququna malik olduğunu qəbul edərək münaqişənin yayılmasının qarşısını almaq olub”, - Miller əlavə edib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 7 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbər lenti

Xəbər lenti