...

Ədliyyə nazirinin səlahiyyətləri artırılıb - FƏRMAN

Siyasət Materials 22 May 2024 19:06 (UTC +04:00)
Ədliyyə nazirinin səlahiyyətləri artırılıb - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti