...

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Siyasət Materials 27 May 2024 10:32 (UTC +04:00)
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələn yol qəzası ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti