...

Azərbaycan və Lüksemburq iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar

Siyasət Materials 24 Sentyabr 2024 02:40 (UTC +04:00)
Azərbaycan və Lüksemburq iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.

Trend xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti