...

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan danışıb

Siyasət Materials 30 Sentyabr 2024 14:08 (UTC +04:00)
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan danışıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.

Trend xəbər verir ki, XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladan dövlətimizin başçısı deyib:

“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Xəbər lenti

Xəbər lenti