Bakı. Trend:
Sloveniyanın Xarici və Avropa İşləri naziri Tanya Fayon və Ətraf-mühit, İqlim və Energetika naziri Boyan Kumer apreldə Azərbaycana rəsmi səfər edəcək.
Bunu Trend-ə Sloveniya XİN-nin Avropa və Siyasi məsələlər, Beynəlxalq Hüquq və Sloveniya Maraqlarının Qorunması üzrə dövlət katibi Marko Ştutsin Bakı səfəri zamanı özəl müsahibəsində bildirib.
“Tərəflər, eyni zamanda Sloveniya xarici işlər nazirinin aprelin ikinci yarısında Azərbaycana səfəri ilə, əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər”,-deyə o bildirib.
“Sloveniya energetika naziri apreldə Cənub Qaz Dəhlizi üzrə toplantıda iştirak etmək üçün Bakıya səfər edəcək. Bu səfər çərçivəsində Sloveniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd təkcə qazı deyil, digər enerji mənbələrini də əhatə edəcək”, -deyə Ştutsin vurğulayıb.