...

İsveçrədə Novruz bayramına həsr olunmuş geniş proqram təşkil edilib (FOTO)

Siyasət Materials 23 Mart 2025 22:42 (UTC +04:00)
İsveçrədə Novruz bayramına həsr olunmuş geniş proqram təşkil edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 23 mart tarixində Bern şəhərinin Yehudi Menuhin Forum adlı məhşur konsert zalında Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspora birliyi tərəfindən Novruz Bayramına həsr olunmuş geniş proqram təşkil edilib.

Trend xəbər verir ki, proqramın konsert hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasınfa milli musiqimizin inciləri səsləndirilmiş, "Ritm" rəqs qrupunun təgdimatında da xalg rəqsləri nümayiş etdirilmişdir. Konsertlə yanaşı
fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı olmub.

Proqram Bernin tarixi meydanların birində Novruz Tongalının ətrafında həmvətənlərimizim və yerli sakinlərinin birgə rəqsləri ilə yekunlaşıb.

Konsert, sərgi və tonqal ətrafında rəqslər İsveçrə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti