Budapeşt. Trend:
Macarıstan üçün Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı çox önəmli fürsətdir. Macarıstan 2018-ci ildən Türk Dövlətləri Təşkilatına müşahidəçi olaraq qatılıb. Yəni o vaxtan yeddi il keçib. Bu tədbir Macarıstanı tanıtmaq baxımından gözəl bir fürsətdir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Budapeştdə jurnalistlərə açıqlamasında Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zoltan Egeresi deyib.
O bildirib ki, bu, həm də TDT üçün çox önəmli bir töhfə olacaq.
"Macarıstanla Azərbaycan arasında münasibətlər son vaxtlar yüksələn xətlə inkişaf edir və indi də davam edir. Macarıstan Azərbaycanın arxasındadır. Cənubi Qafqazdakı sabitliklə bağlı məsələlərdə, müharibə vaxtı da hər zaman Azərbaycanı dəstəkləyib", - deyə o qeyd edib.