...

Türk dövlətləri DİN rəhbərlərinin ikinci toplantısı Bakıda keçiriləcək - TDT baş katibi

Siyasət Materials 21 May 2025 11:38 (UTC +04:00)
Türk dövlətləri DİN rəhbərlərinin ikinci toplantısı Bakıda keçiriləcək - TDT baş katibi
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin ikinci görüşünün bu həftənin sonu Bakıda keçirilməsi planlaşdırılır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə TDT Baş katibi Kubançıbek Ömüralıyev təşkilatın Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri şurasının iclasında danışıb.

“Türk qurumları arasında əlaqələndirmə də aktivləşməkdədir. Ədliyyə və hüquq mühafizə fəaliyyəti sahələrində əməkdaşlıq sabit və effektiv şəkildə inkişaf edir. Daxili işlər nazirlərinin ikinci görüşünun bu həftənin sonu Bakıda keçirilməsi planlaşdırılır”, - deyə o bildirib.

Ömüralıyev onu da əlavə edib ki, TDT ölkələrində maliyyələşmə və dayanıqlı inkişaf məsələlərində irəliləyiş müşahidə olunmaqdadır.

“Yaxın zamanda Astanada TDT üzv dövlətlərinin mərkəzi banklar şurasının və İqtisadi maliyyələşmə üzrə Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır ki, bu da öz növbəsində pul-kredit siyasəti, maliyyə sabitliyi və “yaşıl” maliyyələşmənin əlaqələndirilməsinə imkan verəcək”, - təşkilatın Baş katibi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti