...

Əli Əsədov Türkmənistan Prezidenti ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Siyasət Materials 5 Avqust 2025 18:31 (UTC +04:00)
Əli Əsədov Türkmənistan Prezidenti ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti