...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ QURULTAYININ VAXTI VƏ YERİ MÜƏYYƏNLƏŞİB

Siyasət Materials 16 İyun 2005 21:40 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) simvolları qəbul olunub. Bu barədə Trend ə partiyanın mətbuat xidmətindən məlumat verilib. İyunun 16-da DİP-in Təşkilat Komitəsinin iclası keçirilib və partiyanın simvollarının müəyyən edilməsi ilə bərabər, həmçinin partiyanın təsis qurultayının vaxtı, yeri müəyyən edilib. Qurultayla bağlı təşkilati məsələlər müzakirə olunub, müvafiq qərarlar çıxarılıb və qurultay nümayəndələrinin müəyyənləşdirilməsi mexanizmi dəqiqləşdirilib. Təşkilat Komitəsi öz sıralarına yeni üzvlərin qəbul olunması barədə qərar çıxarıb. İş adamı, iqtisadiyyat və maliyə məsələləri üzrə ekspert Mərdan Əfəndiyev və "Atasığorta" şirkətinin İdarə Heyətinin sədri, sığorta məsələləri üzrə mütəxəssis Murad Rəhimov DİP Təşkilat Komitəsinin yeni üzvləri seçiliblər.

Təşkilat Komitəsi qərara alıb ki, partiyanın qurultayının vaxtı ictimaiyyətə yaxın günlərdə açıqlansın.

Xəbər lenti

Xəbər lenti