...

AZƏRBAYCAN VƏ YUNANISTAN İCTİMAİ ASAYİŞİN QORUNMASI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ BARƏDƏ MÜQAVİLƏ İMZALAYACAQ

Siyasət Materials 29 İyun 2005 15:30 (UTC +04:00)

Azərbaycan və Yunanıstan ictimai asayişin qorunması sahəsində əməkdaşlıq barədə müqavilə imzalayacaq. Bu barədə Trend ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Razılaşmanın layihəsi Yunanıstanın İctimai asayişin mühafizəsi Nazirliyinin ekspertləri tərəfindən hazırlanıbvə baxılmaq üçün Azərbaycanın Daxili İşlər Nazirliyinə təqdim edilib. O, beynəlxalq terroriizmlə, transmilli və təşkil olunmuş cinayətkarlıqla, silahların və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni nəzərdə tutur.

Azərbaycan tərəfi bir sıra düzəlişlərdən və təkliflərdən sonra sənədi yunan ekspertlərinə göndərib. Səfirlikdən hazırda layihənin 60% -dən çoxunun razılaşdırıldığı bildirilib. Sənədin bu ilin sonuna kimi bu ölkələrdən birinin nümayəndə heyətinin səfəri zamanı imzalanacı gözlənilir.

Xəbər lenti

Xəbər lenti