...

AZƏRENERJİ AZƏRBAYCAN HÖKUMƏTİNİN BARMEK VƏ BAYVA İLƏ BAĞLANMIŞ MÜQAVİLƏLƏRİNƏ YENİDƏN BAXMAQ TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDİR

Siyasət Materials 7 İyul 2005 10:51 (UTC +04:00)

Trend agentliyinin verdiyi məlumata görə, "Azərbaycan hökuməti, Barmek və Bayva şirkətləri arasında bağlanmış investisiya sazişlərinə yenidən baxılması zərurəti mövcuddur", bu barədə Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev iyulun 7-də jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Azərenerji bu təkliflə Azərbaycanın baş naziri Artur Rəsizadəyə müraciət edib. "Bunun əsas səbəbi - elektrik paylayıcı şəbəkələrinin qeyri-düzgün idarə olunmasıdır. Şirkətin balansında olan elektrik paylayıcı şəbəkələri Azərenerji ASC-nin istifadəsinə verilməlidir", - deyə, o qeyd edib.

O, həmçinin Barmek və Bayva tərəfindən Azərenerjiyə ödənişin aşağı səviyyəsindən narazı olduğunu bildirib. Xüsusilə ötən ay Barmek verilmiş elektrik enerjisinin yalnız 30%-ni ödəyib. Bayva ilə də belə problemlər mövcuddur.

Xəbər lenti

Xəbər lenti