...

"AZADLIQ" BLOKU NÜMAYİŞ MİTİNQİ KEÇİRİR

Siyasət Materials 10 İyul 2005 18:21 (UTC +04:00)
"AZADLIQ" BLOKU NÜMAYİŞ MİTİNQİ KEÇİRİR

İyulun 10-da "Azadlıq" müxalifət bloku Bakıda nümayiş mitinqi keçirir.

Trend agentliyinin məlumatına əsasən, nümayiş 17:00-da "20 Yanvar" metro stansiyasının yaxınlığında başlayıb, buradan iştirakçılar "Qələbə" kinoteatrına doğru hərəkət ediblər.

Hazırda meydanda mitinq keçirilir.

Aksiyada Azərbaycan Demokratik Partiyasının (ADP), Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) və "Müsavat" partiyasının nümayəndələri iştirak edirlər.

Onların əsas şüarı noyabrın 6-da baş tutacaq parlament seçkilərinin azad keçirilməsidir.

Hələlik polislə heç bir toqquşma və hadisə qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti