...

NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAHDA İSTƏHİLƏH TƏŞKİLAT "EXİT POLL" KEÇİRƏ BİLƏR

Siyasət Materials 22 İyul 2005 11:50 (UTC +04:00)

İstənilən təşkilat dövlət orqanlarını qabaqcadan xəbərdar etmədən Azərbaycanda noyabrın 6-da baş tutacaq parlament seçkilərində "Exit Poll" keçirə bilər. Trend agentliyinin məlumatına görə, bu bəyanatla Prezidentin İcra Aparatının xarici əlaqələr üzrə şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.

O qeyd edib ki, respublika rəhbərliyində həmin mövzu ilə bağlı heç bir xüsusi müzakirələr aparılmır.

"Azərbaycan rəhbərliyi açıq və ədalətli seçkilərin keçirilməsi üçün əlindən gələni edəcək. Bunun üçün "Exit Poll"un keçirilməsi zəruridirsə, ölkə hakimiyyəti bu cür aksiyaların təşkil olunmasını dəstəkləməyə hazırdır", - deyə H.Məmmədov vurğulayıb.

Eyni zamanda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın bu yaxınlarda baş tutmuş Bakıya səfəri zamanı "Exit Poll"un keçirilməsinə dair hər hansı razılığa gəlinməsi sualına cavab olaraq H.Məmmədov onda belə məlumatın olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti