...

İTALİYA SƏFİRİ AZƏRBAYCANI TƏRK EDİB

Siyasət Materials 20 Avqust 2005 13:58 (UTC +04:00)

Avqustun 20-də İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta diplomatik missiyasının başa çatması ilə əlaqədar ölkəni tərk edib. Bu barədə Trend ə səfirlikdə məlumat verilib.

M.Kosta Azərbaycanda 4 il fəaliyyət göstərib və Azərbaycan-İtaliya əlaqələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə mükafatlandırılıb. Onun növbəti təyinatı İtaliyanın XİN tərəfindən müəyyən ediləcək.

Səfirlikdən verilən məlumata görə, İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Can Luici Maşa Bakıya sentyabrın 1-də gələcək. Azərbaycan tərəfi artıq diplomatın namizədliyini qəbul edib. Azərbaycan diplomatın səfir vəzifəsində çalışacağı ilk ölkədir. Azərbaycana təyin olunana qədər o, İtaliyanın Vyanadakı beynəlxalq təşkilatlarda rəsmi nümayəndəsi olub.

Xəbər lenti

Xəbər lenti