Azərbaycan Milli Məclisinin (MM) payız sessiyası əvvəlkilərdən fərqlənəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 23-də MM aparatının başçısı Səfa Mirzəyev bildirib.
Onun sözlərinə görə, bu, noyabrın 6-na təyin olunmuş parlament seçkiləri ilə bağlıdır. Lakin buna baxmayaraq, deputatlar ayda iki dəfədən gec olmayaraq yığışacaqlar.
S.Pirzəyev onu da qeyd edib ki, ötən sessiyadan bir sıra təsdiq olunmamış qanun layihələri qalıb. Onların arasında "İnformasiyannın azadlığı haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Təhsil haqqında" qanun layihələri də var.
Bundan başqa, parlamentarilər "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirə etməli və təsdiqləməlidirlər.