...

TERRİ DEVİS:"AZƏRBAYCANDAKI QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ RESPUBLİKADA DEMOKRATİK İNSTİTUTLARIN YARANMASI VƏ İNKİŞAFI ÜÇÜN TARİXİ ƏHƏMİYYƏTƏ MALİKDİR"

Siyasət Materials 5 Sentyabr 2005 15:41 (UTC +04:00)

Azərbaycanda qarşıdakı parlament seçkiləri respublikada demokratik institutların yaranması və inkişafı üçün tarixi əhəmiyyətə malikdir.

Belə bir bəyanatla sentyabrın 5-də Bakıda keçirilən "Seçkilər və demokratik inkişaf" adlı konfransda Avropa Şurasının baş katibi Terri Devis bəyan edib.

Baş katib çıxışında Azərbaycan prezidentinin 11 may tarixli fərmanındakı bütün qaydaların yerinə yetirlməsinin vacibliyini vurğulayıb. "Bu fərmanı yerinə yetirmək çox vacibdir.

Həm milli bazada, həm də yerli administrasiya səviyyəsində bütün bəndlərin yeriən yetirilməsi zəruridir. Azərbaycan xalqına xəyanət etmək olmaz" - deyə T.Devis bildirib.

Eyni zamanda, o qeyd edib ki, Azərbaycan Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliklər götürüb ki, onların çərçivəsində demokratik və ədalətli seçkilərin keçirilməsi zəruridir.

Hakimiyyətlə müxalifət arasında dialoqun keçirilməsi məsələsinə toxunan T.Devis qeyd edib ki, bu müsbət andır və bu dialoq həm seçkilər zamanı, həm də ondan sonrakı dövrdə dövlətlə ictimaiyyət arasındakı boşluğun doldurulmasına xidmət edir.

Azərbaycanda son illər demokratik seçkilərin keçirilməsində böyük inkişaf müşahidə olunur və mən ümid edirəm ki 6 noyabr ölkədə demokratiyanın inkişafına təkan olacaq. - deyə AŞ-nın baş katibi bildirib. Bu zaman qeyd edib ki, AŞ-na üzv olan heç bir ölkə tam təkmilləşməyib.

T.Devis öz çıxışını bu sözlərlə bitirib:" Demokratiya - ilk növbədə tolerantlıq və dialoq deməkdir. Mən Azərbaycana hər hansı bir siyasi axını müdafiə etməyə deyil, bir dost kimi gəlmişəm".

Xəbər lenti

Xəbər lenti