...

FİNLANDİYA PREZİDENTİ SENTYABRIN SONLARINDA AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Siyasət Materials 6 Sentyabr 2005 17:23 (UTC +04:00)

Finlandiya prezidenti Taryaa Halonen və onun həyat yoldaşı doktor Pentti Arayarvi sentyabrın 29-30-da Azərbaycanda rəsmi səfərdə olacaqlar. Bu barədə Finlandiya prezidentinin rəsmi saytına istinadən Trend agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakıdakı danışıqlar Cənubi Qafqaz ölkələrinə regional səfərin bir hissəsi olacaq.

Səfər sentyabrın 26-da Yerevandan başlanacaq. Finlandiya prezidenti burada iki gün olacaq. Sentyabrın 28-29-da Taryaa Halonen Tbilisidə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti