...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB

Siyasət Materials 9 Sentyabr 2005 18:02 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların, insan hüquqları üzrə beynəlxalq və yerli təşkilatların rəhbərlərinə müraciət edib" Bu barədə Trend ə müxalifətyönlü AMDP-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda müraciətin səbəbləri barədə bildirilib: "Dəfələrlə Ədliyyə Nazirliyinə müraciətlərin edilməsinə baxmayaraq AMDP dövlət qeydiyyatına alınmayıb, partiyanın rəhbəri İsgəndər Həmidovun üzərindən məhkumluq götürülməyib, İ.Həmidovun rəhbəri olduğu Vətəndaş Cəmiyyəti Qurucuları (VCQ) seçki blokuna edilən hücumların aydınlışdırılmaması və s.".

Mətbuat Xidmətindən daha sonra bildirilib ki, AMDP Siyasi Şurasının üzvü Əligül Məmmədovun və MNTK-nın sədri Şaban Nəsirovun üzərindən məhkumluq götürülmədiyindən onlar da parlament seçkilərində iştirak edə bilməyiblər.

AMDP bəyan edib ki, ona qarşı edilən təzyiqlərə son qoyulmasa və bəzi qüvvələr tərəfindən süni şəkildə yaradılan problemlər öz həllini tapmasa kütləvi etiraz aksiyalarına start verəcək.

Xəbər lenti

Xəbər lenti