...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAYIB

Siyasət Materials 15 Sentyabr 2005 12:50 (UTC +04:00)

(İTAR-TASS) - Özündə 11 dövləti birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏ) üzvü olan ölkələrin konfransı bu gün Rusiyanın kurort şəhəri olan Gəlincikdə öz işinə başlayıb. Onun iştirakçıları "QİƏ ölkələrində mehmanxana və kurort biznemi" mövzusunu müzakirə edəcəklər. Bu barədə şəhərin rəhbəri Sergey Ozerov məlumat verib.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına 11 dövlət - Qara dənizyanı, Zaqafqaziya və Balkan ölkələri, eləcə də Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldaviya, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna daxildir. Onlar 1992-ci ilin 25 iyununda İstanbulda yküsək səviyyədə keçirilən görüş zamanı birləşiblər. O zaman QİƏ təşkilatına daxil olan ölkələrin dövlət və hökumət başçıları ticarət, sənaye, nəqliyyat, rabitə, elm, energetika, xammal hasilatı və emalı, kənd təsərrüfatı, turizm və ekologiya üzrə əməkdaşlığını genişləndirilməsi üzrə razılıq əldə ediblər.

S.Ozerovun sözlərinə görə, konfrans çərçivəsində bir neçə "dəyirmi masa"nın keçirilməsi planlaşdırılıb. Onlardan birincisi "QİƏ daxilində turist infrastrukturu obyektlərinin çərçivəsində təsnifatı" mövzusundadır. Həmin tədbiri Rusiyanın turizm üzrə Federal agentliyi aparacaq. Digər ikisini - "Qara dəniz regionunda turist infrastrukturlarının inkişafına investisiyaların cəlb edilməsi " və "QİƏ ölkələrində turizm sənayesi üçün kadrların hazırlanması " Krasnodar diyarının administrasiyasının toplanmış təcrübəsi nəzərə alanmaqla təşkil olunub. Konfransda həmçinin, Rusiya və xarici turist operatorlarının və mehmanxana biznesinin nümayəndələrinin Soci, Gəlincik və Anapa şəhərlərinin rəhbərləri ilə görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti