...

İLK RƏY SORĞULARININ NƏTİCƏLƏRİ MÜSTƏQİL NAMİZƏDLƏRİN XEYRİNƏDİR

Siyasət Materials 15 Sentyabr 2005 17:14 (UTC +04:00)

"Rəy" monitorinq mərkəzinin 20 saylı Nərimanov ikinci seçki dairəsində keçiridiyi sonuncu rəy sorğusunun nəticələrinə görə, səslərin ən çoxunu müstəqil namizəd Aslan İsmayılov topdlayıb. İkinci yerdə müxalifətçi "Azadlıq" seçki blokunun lideri İsa Qəmbər gedir.

Üçüncü yeri iqtidardakı "Yeni Azərbaycan " partiyasının namizədi Mustafa Həsənov tutur. Bu barədə sentyarın 15-də Trend ə mərkəzin rəhbəri Rizvan Abbasov məlumat verib.

R. Abbasov qeyd edib ki, 602 respondentin iştirak etdiyi sorğu təbliğat kampaniyasının başlanması ərəfəsində keçirildiyindən seçicilərin fikri dəyişə bilər.

Xağtırladaq ki, bu dairənin 29 seçki məntəqəsində 24 namizəd var, seçicilərin ümumi sayı isə 36419 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti