...

"DAĞLIQ QARABAĞLA ŞİMALİ KİPR BEYNƏLXALQ HÜQUQ MÜSTƏVİSİNDƏ FƏRQLİ MƏSƏLƏLƏRDİR" - DƏYİRMİ MASA

Siyasət Materials 19 Sentyabr 2005 14:10 (UTC +04:00)

"Şimali Kiprlə Dağlıq Qarabağ problemləri bir-birindən tamamilə fərqli məsələlərdir". Trend in məlumatına görə, bu fikir sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində "Quzey Kıbrıs və Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə türklərlə azərbaycanlıların ortaq problemlərindən, Şimali Kipr Türk Cümhuriyyətinin və bu adanın tarixindən, həmçinin, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunmasından, bu problemlərə beynəlxalq hüquq prisinlərindən yanaşmalar barədə danışılıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətinin Azərbaycan səfərindən sonra bu respublikaya diqqət artıb, eyni zamanda yunanlar tərəfindən ölkəmizə təzyiqlər başlanıb.

Ə.Qoşalı qeyd edib ki, Şimali Kiprlə Dağlıq Qarabağ problemlərini eyniləşdirməyə yalnız bunda maraqlı olan qüvvələr, xüsusən də Ermənistan tərəfindən cəhd göstərilir.

Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Aqil Səmədbəyli isə qeyd edib ki, Kipr adasında keçirilən referendumda türklər sülhsevər olduqlarını nümayiş etdirərək vahid dövlətdə yunanlarla birgə yaşamağa razı olduqlarını bildiriblər, yunanlar isə bundan imtina ediblər.

A.Səmədbəyli həmçinin əlavə edib ki, Azərbaycan ictimaiyyətində, kütləvi informasiya vasitələrində Dağlıq Qarabağın üçüncü tərəf kimi təqdim edilməsinə yol vermək olmaz. Çünki ermənilər də məhz Dağlıq Qarabağın üçüncü bir tərəf kimi ictimailəşməsinə və tanınmasına çalışırlar.

Hüquqşünas Fərman Salmanlı bildirib ki, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ beynəlxalq hüququn subyektidir və ölkəmiz Dağlıq Qarabağ öz tərkibində BMT-yə üzv olub, bütün dünya dövlətləri tərəfindən də ərazi bütövlüyümüz tanınıb.

Kipr adası isə beynəlxalq hüququn subyekti deyil və yunan Kipri adanın yalnız bir hissəsində tanınıb. Beynəlxalq hüququn bu prinsiplərinə görə, Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı Şimali Kiprlə eyniləşdirmək olmaz.

Xəbər lenti

Xəbər lenti