...

BAKI MERİYASI AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ MİTİNQİNƏ İCAZƏ VERİB

Siyasət Materials 22 Sentyabr 2005 18:00 (UTC +04:00)

"Bakı meriyası Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sentyabrın 24-də "Qələbə" meydanında mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verib". Bu barədə Trend ə AMDP-nin mətbuat xidmətindən bildiriblər.

O da qeyd edilib ki, sentyabrın 24-də saat 16.00-dan 18.00-dək davam edəcək mitinqə hazırlıqla bağlı ADMP-nin qərargahında keçirilən toplantıda çıxış edən partiyanın sədri İsgəndər Həmidov mitinq təşkilat komitəsinə bir sıra tapşırıqlarını verib.

Mitinq təşkilat komitəsindən əldə etdiymiz məlumata görə İ.Həmidovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Qurucuları (VQC) seçki blokuna daxil olan dörd partiya və 30-a yaxın qeyri-hökumət təşkilatı da mitinqə qatılacaq.

Xəbər lenti

Xəbər lenti