...

AZƏRBAYCAN AVROPA ÖLKƏLƏRİ GƏNCLƏR NAZİRLƏRİNİN III KONFRANSINDA TƏMSİL OLUNACAQ

Siyasət Materials 23 Sentyabr 2005 13:05 (UTC +04:00)

Sentyabrın 23-də Budapeştdə Avropa ölkələri gənclər nazirlərinin III konfransı öz işinə başlayıb. Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətovun Trend ə verdiyi məlumata görə, Azərbaycanı konfransda nazir müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İki günlük konfransın əsas mövzusu "Gənclərin zorakılığa qarşı siyasəti" olacaq. Konfrans iştirakçıları insan ləyaqəti və sosial bərabərlik , zorakılıqla mübarizə yolları və digər məsəoəoəri müzakirə edəcəklər.

Azərbaycanın nümayəndə heyəti bir sıra Avropa ölkələrinin nümayəndə heyətləri ilə görüşlər keçirməyi və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyi, dövlət quruculuğunda, ölkənin sosial və iqtisadi yüksəlişində gənclərin rolunun aktivləşdirilməsilə bağlı təcrübə mübadiləsi aparmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti