...

"AZADLIQ" BLOKU İLƏ MİLLİ BİRLİK HƏRƏKATI ARASINDA SAZİŞ İMZALANIB

Siyasət Materials 8 Oktyabr 2005 13:20 (UTC +04:00)

"Azadlıq" bloku ilə Milli Birlik Hərəkatı arasında oktyabrın 8-də parlament seçkilərində əməkdaşlıq haqqında saziş imzalanıb". Trend xəbər verir ki, sazişin imzalanmasında məqsəd seçkilərin azad və ədalətliliyini təmin etmək və iqtidarın seçkiləri saxtalaşdırmaq kursuna qarşı mübarizə aparmaq olub.

Sazişdə göstərilib ki, tərəflər namizədləri üst-üstə düşmədikləri dairələrdə qarşı tərəfin namizədinə siyasi və mənəvi dəstək verəcək, seçki kampaniyasının gedişində bir-birinə qarşı əks-təbliğat aparmayacaqlar və təşviqat kampaniyasını əlaqələndirəcəklər, seçkilərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə məsləhətləşmələr keçirəcək və vahid mövqedən çıxış edəcəklər.

Sazişi "Azadlıq" blokundan Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli Milli Birlik Hərəkatından isə birliyin lideri Lalə Şövkət imzalayıb.

Xəbər lenti

Xəbər lenti