...

"AZADLIQ" BLOKU "YENİ SİYASƏT" BLOKUNA MÜRACİƏT ÜNVANLAYIB

Siyasət Materials 10 Oktyabr 2005 18:55 (UTC +04:00)

"Azadlıq" bloku "Yeni Siyasət" (YES) blokuna səsvermə zamanı seçicilərin mürəkkəbdən istifadə etmələri ilə bağlı gündəmə gətirilən məsələnin dəstəklənməsi üçün müraciət ünvanlayıb". Bu barədə Trend agentliyinə YES-in mətbuat xidmətinin rəhbəri Elza Alışova bildirib.

Qeyd edək ki, "Azadlıq" bloku tərəfindən qaldırılan bu məsələ ilə bağlı müraciət ölkə prezidentinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, ATƏT-in və Avropa Şurasının Bakı ofislərinə, Bakıda akkreditə olan xarici səfirliklərə də ünvanlanıb. Müraciətdə deyilir ki, seçkilər zamanı bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısını almaqdan ötrü barmaqların mürəkkəbə batılırması daha məqsədəuyğun hesab edildiyi üçün bu prosesin həyata keçirilməsini təmin etsinlər.

YES təmsilçisi onu da bildirib ki, artıq Koordinasiya Şurasının üzvləri bu müraciətə əsasən imzatoplama kampaniyasını başa vurublar: "Artıq imzatoplama kampaniyası namizədlər arasında həyata keçirilir. Dəqiq məlumata malik olmasam da bir neçə gün kampaniyanı başa vurub lazımi instansiyalara göndərəcəyik".

Xəbər lenti

Xəbər lenti