...

AZƏRBAYCANÇI QÜVVƏLR SEÇKİ BLOKU MƏRKƏZİ SEÇKİ KOMİSSİYASNA NÖVBƏTİ MƏKTUBUNU ÜNVANLAYIB

Siyasət Materials 12 Oktyabr 2005 13:48 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr seçki bloku İslam Partiyasının sədri Hacı Hacıağa Nurinin hüquqlarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissyasına (MSK) yenidən məktub ünvanlayıb" Bu barədə Trend agentliyinə adıçəkilən blokun mətbuat xidmətinin rəhbəri Akif Heydərli bildirib.

A.Heydərlinin sözlərinə görə H.Nurinin namizədliyi ləğv edilən (28 saylı Sabunçu üçüncü seçki dairəsi) seçki dairəsindən bir qrup seçici onlara müraciət edib: "Seçicilər də tələb edirlər ki, Hacıağa Nurinin namizədliyi bərpa edilsin. Biz də həmin müraciətləri MSK-ya göndərdiymiz məktuba əlavə etmişik".

Azərbaycançı Qüvvələr seçki blokunun mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, blokun təsisçilərinin ümumi toplantısında 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində baş verən bəzi qanun pozuntuları da MSK-ya ünvanlanan məktubda göstərilib.

A.Heydərli ənənvi olaraq hər həftənin üçüncü günü keçirilən Azərbaycançı Qüvvələr seçki blokunan toplantılarına bir müddət ara verildiyini də bildirib. Bunu namizədlərin seçki təbliğatı ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti