...

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev dünya çempionatında qızıl medal qazanıb

Siyasət Materials 15 Noyabr 2005 20:46 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev Qatarda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Trend bildirir ki, 94 kq-dək çəki dərəcəsində idmançı 185 kq ağırlıq qaldıraraq liderliyi ələ alıb. Proqramın ikinci növündə - təkan- dördüncü nəticəni (216 kq) göstərməsinə baxmayaraq Nizami iki növ yarışda ən yaxşı nəticəni (401 kq) göstərib. N.Paşayev ikinci və üçüncü yerləri tutan rusiyalı Məhəmməd Sozayevi və bolqarıstanlı Milen Dobrevi üç kq üstələyib. Nizami Paşayev artıq öz karyerasında ikinci dəfədir ki, dünya çempionu olur və bu da idmançının yüksək səviyyəsindən xəbər verir.

94 kq-dək çəki dərəcəsində digər Azərbaycan ağırlıqqaldıranı- Əlibəy Səmədov iki növ yarışda iyirminci nəticəni göstərib.

Xəbər lenti

Xəbər lenti