...

Azərbaycan Milli Məclisinin nümayəndəsi Almaniyanın hüquq-mühafizə və cəza müəssisələrinə baş çəkəcək

Siyasət Materials 19 Noyabr 2005 12:12 (UTC +04:00)

Azərbaycan Milli məclisinin (MM) dövlət quruculuğu qanunvericiliyi şöbəsinin müdiri Lətif Hüseynov Almaniyaya gedib. MM-də Trend ə bildirilib ki, L.Hüseynov Avropa Şurasının cinayətlərin qarşısının alınması Xüsusi Komitəsinin üzvü kimi AŞ missiyasının tərkibində Almaniyaya səfər edəcək.

Nümayəndə heyəti Almaniyanın bir çox şəhərlərində yerləşən polis məntəqələri, istintaq təcridxanaları və həbsxanalarda olacaq, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanılması şəraiti, onlarla Avropa standartlarına müvafiq davranışa aid monitorinq keçirəcək. Monitorinq keçirildikdən sonra ekspertlər yekun sənədi hazırlayacaq.

L.Hüseynov dekabrın 2-də Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti