...

Kiyev forumunda Azərbaycanı xarici işlər naziri Elmar Məmədyarov təmsil edəcək

Siyasət Materials 25 Noyabr 2005 15:49 (UTC +04:00)

Dekabrın 1-2-də Kiyevdə Borjomi təşəbbüsü ilə keçiriləcək beynəlxalq forumda rəsmi Bakını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Bu barədə Trend ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, "Demokratik seçki cəmiyyəti" forumu demokratik prinsipləri siyasi kurslarnın prioriteti adlandıran Baltik, Qara dəniz və Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək.

Borjomi təşəbbüsünün əsası Ukrayna və Gürcüstan prezidentləri tərəfindən Borjomidə qoyulub və burada əsas məqsəd regionu ayrıcı xətlərdən azad etməkdə, insan hüquqlarının pozulmasının qarşısını almaqda və dondurulmuş münaqişələri həll etməkdə ən güclü vasitə olacaq regional cəmiyyət yaratmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti