...

26 noyabr aksiyasında həbs olunanlardan 15-i "Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır

Siyasət Materials 28 Noyabr 2005 17:08 (UTC +04:00)

Noyabrın 26-da müxalifətin "Qələbə" meydanında keçirdiyi aksiya zamanı həbs olunanların sayı 18 nəfərdir. Bu barədə Trend ə "Azadlıq" blokunun Seçki Qərargahından məlumat verilib. Bildirilib ki, seçki qərargahının adlarını müəyyən etdiyi şəxslərin sayı 18-dir. Lakin ümumilikdə saxlanılan şəxslərin sayı təxminən 40-a yaxındır.

Bakı Şəhər Baş Polis İdarəsindən isə bildirilib ki, 15 nəfər aksiya iştirakçısının barəsində inzibati həbs qərarı çıxarılıb və onlar hazırda Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır.

Müxalifətin 26 noyabr aksiyası zamanı həbs olunaraq 5-10 sutkalıq azadlıqdan məhrum edilənlər polisin qanuni çağırışlarına əməl etməməkdə təqsirləndirilir. Bu aksiyada həbs olunmuş müxalifətçilərdən təxminən 8 nəfərinin barəsində noyabrın 28-də apellyasiya şikayəti verilib.

Xəbər lenti

Xəbər lenti