...

Parlament seçkilərinin başa çatmasından sonra ABŞ-ın Helsinki Komissiyasının bəyanatı mənasızdır

Siyasət Materials 1 Dekabr 2005 20:57 (UTC +04:00)

ABŞ-ın Helsinki Komissiyası kimi təşkilatın bu günki kimi bəyanatlar verməyə haqqı yoxdur və o, ən çox öz daxili məsələləri ilə məşğul olmalıdır. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Xatırladaq ki, bu gün Komissiyanın sədri Sem Braunbek noyabrın 6-da Azərbaycanda keçirilən seçkilərin nəticələri iilə bağlı son dərəcə təəssüflənməsi barədə bəyanatla çıxış edib.

"Azərbaycan suveren dövlətdir və parlament seçkiləri ölkə qanunları çərçivəsində keçirilib. Parlament seçkilərinin başa çatmasından və ona yekun vurulmasından sonra belə bəyanatlar mənasızdır. Mən hesab edirəm ki, onları şərh etmək düzgün deyil",- deyə Novruz Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti